“Sərt açıqlama: “...Milyonlarla turisti əldən buraxırıq” –  NİYƏ ? 


Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkəmizdə turizm polisinin yaradılacağını deyib. Onun sözlərinə görə, turizm polisləri turistlərə xidmət göstərəcək xüsusi şəxslər olacaq: “Turizm polisinin yaradılması məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur. Artıq bununla bağlı hüquqi razılıq, şəhərdə turizm polisi formaları geyinən şəxslərin olması ilə bağlı ilkin razılıqlar əldə olunub. Bu ideya artıq təsdiqlənib. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər”. K.Qasımov əlavə edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərin vahid mərkəzdən idarə olunması üçün “Qaynar xətt”in yaradılması nəzərdə tutulur: “Turistlər “Qaynar xətt”ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında kommunikasiya xətti qurulur və problem daha çevik həllini tapır”. 

“Turizm polisi” ilə bağlı təklifi “Sherg.az”a dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bunun mənasız olduğunu düşünür. Ekspertin fikrincə, onsuz da hüquq-mühafizə orqanları həm Azərbaycan vətəndaşlarını, həm də ölkəmizə gələn turistləri qoruyurlar: 



“Belə addımlar turist cəlb etmək olmaz. İndi 21-ci əsrdir, hərənin əlində son model smartfon var, naviqasiya ilə gəzir. Turist hara gedəcəyini yaxşı bilir. Şikayəti olanda da polisə yaxınlaşaraq dərdini söyləyir. Turisti getdiyi ölkədə keyfiyyətli xidmət, yaxşı təbii şərait və ucuz qiymətlər maraqlandırır. Nə qədər ki, bizdə bu məsələlər düzəlməyib, arzuolunan qədər turist gəlməyəcək, təkrar turizm də yaranmayacaq. Hərəni uzağı bir dəfə aldatmaq və soymaq olar. Aldanmış turist öz ölkəsində onlarla adama bu barədə danışır, sosial şəbəkədə yazır. Nəticədə minlərlə insan Azərbaycanda turistin başına gətirilənlərdən qiyabi də olsa xəbərdar olur”.
 
İqtisadçının sözlərinə görə, bəzi turzim obyektlərinin soyğunçuluğu nəticəsində hər il milyonlarla turisti əldən buraxırıq: 

“Hamısı Gürcüstana gedir. İndi ideal fürsət yaranıb. Gürcüstanda vəziyyət qarışıb, bundan istifadə edərək cəlbedici təkliflərlə Rusiyadan Azərbaycana milyonlarla turist cəlb etmək olar. Amma nədənsə bunu etmək turizmçilərin ağlına gəlmir”. 

İsmayıl 

Paylaş
Bizi Facebookda izləyin
menu
menu