Rusiyanın bu şəhəri su altında qaldı


Rusiyanın İrkutsk vilayətinin Tulun şəhərinin əhalisinin evakuasiyasına başlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, yağan aramsız yağışlar nəticəsində şəhəri sel basıb.
Məlumata görə, yağıntı bu tempdə davam etsə, şəhər bütünlüklə su altında qalacaq və yer üzündən silinəcək.
Rusiya FHN-in yerli şöbəsinin verdiyi xəbər görə, fəlakətə səbəb şəhər kənarından axan İy çayının səviyyəsinin 9 metr 46 santimetr qalxması olub. Artıq 30 ev bütünlüklə suyun altındadır. Sel nəticəsində 86 yaşlı kişi, 8 yaşlı uşaq həyatını itirib. Onların meyitini tapmaq mümkün olmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu