Satıcı müştərisini xəstəxanalıq etdi


Mingəçevirdə bazarda dava düşüb.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bazarda yerləşən ticarət mərkəzlərindən birində baş verib.

Mağaza sahibi ilə qadın müştəri arasında başlanan mübahisəyə qadının qohumu müdaxilə edib. Nəticədə dava düşüb. Xəsarət alan qadının qohumu, 1974-cü il təvəllüdlü Rafiq Salmanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu