MÜHÜM TƏKLİF: “Nigahdan öncə psixoloji müayinədən keçilsin!”

“İlk növbədə başa düşməliyik
ki, ölkəmizdə belə bir problem var. Boşanmalarla bağlı problemlər getdikcə
çoxalır. Nigah bağlanmazdan öncə müəyyən tədbirlər görülməli və məsləhətlər
aparılmalıdır. Məsələn, yeni qanuna görə, nigaha daxil olmaq istəyən şəxslər
tibbi müayinələrdən keçməlidirlər. Niyə nigah bağlanmazdan öncə tibbi müayinə
ilə bərabər psixoloji müayinələrdən də
keçilməsin? Psixoloji müayinələr zamanı ailə qurmaq istəyən cütlüklərin
bir-birinə uyğunlaşıb-uyğunlaşmayacağı aydın olur. Həmçinin onlara müəyyən məsləhətlər
verilir və gənc ailələrdə hansı problemlərin yarana biləcəyi müzakirə olunur.
Belə bir pilot layihə əvvəllər var idi. Əvvəllər, boşanmaq üzrə ərizə verən
cütlüklərlə psixoloqlar işləyirdi. İndi bu, yoxdur. Bu mənada indi də, psixoloqlar
nəticə ilə yox səbəblə işləsələr, müsbət nəticələr əldə edə bilərlər. Təbii ki,
boşanmaların sayını sıfıra endirmək mümkün deyil. Amma heç olmasa, bu prosesi nəzarət
altına götürüb boşanan şəxslərə yardımçı olmaq mümkündür”.
Yeganə Bayramova
Paylaş


