“Ermənistanın bu addımları beynəlxalq ictimaiyyətə hörmətsizlikdir” - Deputat



"Uzun illərdir, Ermənistanı hərbi cinayətkarlar idarə edir. Hazırda da işğalçı ölkənin başında siyasi səriştəsi olmayan və küçədən gələn bir nəfər dayanır".

Bunu "Sherg.az"a millət vəkili Elman Məmmədov Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın BMT-nin insan hüquqları şurasında çıxış edərək Ermənistanda baş verən hadisələri demokratik keçid adlandırmağa cəhd göstərməsinə münasibət bildirərəkən deyib. 

Parlamentarinin qənaətinə görə, Nikol Paşinyan kimi küçə adamı demokratiya, insan haqları, beynəlxalq hüquq, multikulturalizm və başqa ənənələrinin nə olduğunu haradan bilsin ?!

"Onun heç özü də bilmir ki, onu haradan gətiriblər, hansı oyuna salıblar və onu gələcəkdə nələr gözləyir. Paşinyandan alət kimi istifadə edirlər. Ondan aralıq mərhələdə yararlanacaqlar. Yaxın gələcəkdə isə küçədən gələn bu adamı elə küçəyə də atacaqlar. 

Bir düşmən ölkənin rəhbəri başından aşan problemlər, ölkəsindəki acınacaqlı vəziyyət, böhran və fəlakətlər haqqında tədbir görmək əvəzinə sələflərinin işğalçı siyasətini davam etdiri. Mütəmadi olaraq cəbhədə vəziyyəti gərinləşdirirlər. Hətta o qədər azğınlaşıblar ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin gözü qarşısında hərbi qulluqçumuza atəş açıb qətlə yetirdilər.

Əlbəttə, Ermənistanın vəziyyətin gərginləşdirilməsinə hesablanmış bu addımları ATƏT-in Minsk qrupunun həmsədrlərinə və bütün beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir. Bütün bunlar dünyanın gözü qarşısında baş verir.  Baş verənlər dünyaya sübut edir ki, sülh istəməyən, sülhə gəlmək istəməyən məhz işğalçı Ermənistandır. Artıq dünya ictimaiyyəti vəziyyəti çoxdan dərk edib.”   

Deputat onu da əlavə edib ki, N.Paşinyan ölkəsindəki aclıq və səfalətin qarşısını ala bilmir: 

“Ermənistan səfalət məngənəsində boğulur. Küçə adamı olan Paşinyandan uğurlu bir addım gözləmək sadəlövhlük olardı. Bir daha qeyd edirəm ki, Paşinyan küçədən gəlib küçəyə də gedəcək".

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu