İmamoğlu SOCAR-ın direktorunu özünə müşavir gətirdi


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu özünə yeni müşavir təyin edib.

Axar.az xəbər verir ki, onun yeni müşaviri Yavuz Ərqut olub.

Qeyd edək ki, Ərqut 2005-2015-ci illərdə TÜPRAŞ-ın rəhbəri olub. Sonrakı dönəmdə isə Y.Ərqut “SOCAR Türkiyə”nin icraçı direktoru vəzifəsində çalışıb.

Mətbuat daha öncə İmamoğlunun Y.Ərqutu meriyanın baş katibi təyin etmək fikrində olduğu məlumatını yaysa da, bu informasiya təsdiqini tapmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu