Mingəçevir İES-də nasazlıqla bağlı - Rəsmi açıqlama



2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Azərenerji ASC-dən Axar.az-a verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu