Donald Tramp: "Türkiyəni sevirəm, Ərdoğanın günahı deyil"



Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində mətbuat konfransı təşkil edən ABŞ lideri, "Patriot mərmisi almaq istədilər, ancaq Obama "xeyr" dedi. Sonrasında Rusiyaya getdilər, S-400 üçün. Xeyli pul verib, aldılar. Türkiyə 100 ədəd F-35-i satın aldı. Türkiyəyə qarşı ədalətli davranılmadı. Tamamilə bərbad bir vəziyyətdir"  deyə bildirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Donald Tramp  S-400 gərginliyi ilə əlaqədar fərqli həll yolları tapıla biləcəyini vurğulayıb. ABŞ Prezidenti deyib ki, Türkiyə pulunu ödədiyi "F-35"-lərin təslimini istəyir:
- Ərdoğanın səhvi deyil. Mən Türkiyəni sevirəm. Ərdoğan, mənim baxış bucağımda çox çətin adamdır. O, rahib Bransonu geri verdi. Kimsə  ala bilməmişdi. Obama ala bildimi? Xeyr! Sonsuza qədər həbsdə qala bilərdi.

Turan Nəzərli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu