Minsk-2019: İrina Zaretska finala yüksəlib


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında kumite üzrə yarımfinal mərhələsi start götürüb.

APA -nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəkidə mübarizə aparan qadın karateçilər tatamı üzərinə çıxıblar. Azərbaycan yığmasının üzvü İrina Zaretska da finala vəsiqə uğrunda mübarizə aparıb. O, ukraynalı Qalina Melniklə üz-üzə gəlib.

Qələbə qazanan idmançımız finala yüksəlib. Onun həlledici qarşılaşması Bakı vaxtı ilə saat 19:01-də başlayacaq.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu