Ekspert: “Elə ilk həmləmizdə düşmənin ordusu pərən-pərən olacaq" – Parçalanma 


“Nikol Paşinyan hökuməti Qarabağ münaqişəsinin həllində əhəmiyyətli addım ata bilməz".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Zeynal Əmralıyev deyib.

Analitik bildirib ki, münaqişənin çözülməsi prosesində Ermənistanda kimin hakimiyyətə gəlməsinin heç bir əhəmiyyəti yoxdur: 

"Ermənistanın xarici siyasətini erməni hökuməti müəyyən etmir. Ermənistanın 4 rəhbəri üçün də müəyən dairə cızılıb. Heç biri dairədən kənara çıxa bilməz. Zamanında pozmaq istəyənlərin aqibəti hər kəsə məlumdur. Parlamentdəki məlum gülləbaranı hər kəs xatırlayır. Belə məqam da Paşinyan da irəliyə doğru addım ata bilməz. Hazırda "Qarabağ klanı" nın silahlı gücü hökumətdən çoxdur. Paşinyanın missiyası sadəcə olaraq mövcud status-kvonu saxlamaqdır".

Ekspertin sözlərinə görə, Ermənistandan o halda müstəqil addım gözləmək olar ki, onların taleyi öz əllərində olsun: 

"Hazırda Ermənistanda ortaya çıxıb Qarabağın həlli ilə bağlı irəliyə doğru addım atacaq heç bir siyasətçi yoxdur. Olsa da, onu hakimiyyətdə oturtmazlar. Münaqişənin həllində irəliyə doğru addımların atılması üçün mövcud olan status-kvonu xeyrimizə dəyişməyə çalışmalıyıq. Bu isə ancaq hərbi əməliyyatlarla mümkündür. Erməni ordusu hazırda ikiyə bölünmüş vəziyyətdədir. Bir qrup indiki, bir qrup isə əvvəlki hakimiyyəti müdafiə edir. Ona görə də ordumuzun elə ilk həmləsində pərən-pərən olacaqlar".

Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu