Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, dolu düşəcək



Sabah Bakıda və Abşeron yarımadasında  bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu  gecə 19-22° isti, gündüz  23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan  763 mm civə sütununa Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, dolu düşəcək yüksələcək. Nisbi rütubət  75-85  % olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. 

İyulun 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti,  gündüz  18-23°  isti təşkil edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu