Bakı-Şamaxı yolunda qəza olub, 18 yaşlı tələbə ölüb



Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan rayonunun Acıdərə kəndi ərazisindən keçən hissəsində baş verib.
"VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2106" markalı avtomobildəki sərnişin, Qobustan rayonu Təklə kənd sakini 2001-ci il təvəllüdlü Nəbiyev  Mürvət Zahid oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını  dəyişib.
Məlumata görə, Mürvət Nəbiyev Azərbaycan Dövlət  Dillər Universitetinin ikinci kurs tələbəsidir.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu