430 kilo qızılla yaxalarını ələ verdilər




 İstanbul polisi gömrük qapılarında qaçaqmalçılıq edən şəxslərə qarşı 5 bölgədə təşkil etdiyi əməliyyat zamanı Türkiyəyə gətirilən 430 kilo qızılı ələ keçirib. Əməliyyatda 35 nəfər nəzarətə alınıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıqla Mübarizə İdarəsi hava və dəniz limanları qapılarından istifadə edərək qaçaqmalçılıq edən 49 nəfərin tutulması üçün əməliyyat təşkil edib.

Təxminən 5 aylıq təqibdən sonra hərəkətə keçən qruplar, İstanbul mərkəzli Mersin, Konya, Adana və Yozqat bölgələrində əməliyyatla 2-si gömrük məmuru olmaqla 35 şübhəlini nəzarətə alıb.

Əməliyyatda 356 kilo 300 qram qızıl zəncir, 58 kilo 36 qram qızıl boyunbağı, 13 kilo 623 qram qızıl üzük, 110 qram qızıl, 50 ədəd dörddəbir qızıl, 30 ədəd yarım qızıl, 20 ədəd tam qızıl və çoxlu sayda ziynət əşyaları ələ keçirilib.

Polis qruplarının 5 əyalətdə təşkil etdikləri əməliyyat kameralarda əks olunub. Qeydlərdə  şübhəli şəxslərin hava limanlarındakı hərəkətləri  əks olunub. Hadisə ilə bağlı 14 şübhəlinin isə axtarışları davam edir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu