Bakı-Şamaxı yolunu sel yudu, hərəkət dayandı 



Ölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.

Trand-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yaradıb və yolun tikilməkdə olan hissəsini sel yuyub. Nəticədə yolun hərəkət hissəsində avtomobilləri hərəkətində problem yaranıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yolda avtomobillərin hərəkəti bərpa olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu