Bakıda qəza törədən dünya çempionu xəstəxanada ölüb


 
Bakıda yol qəzası törədərək ağır xəsarətlər alan MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov vəfat edib.

Bunu "Report"a idmançının yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasından bildiriblər.

Məlumata görə, F.Poladov bu gün xəstəxanada keçinib.

Onun meyiti yaxınlarına təhvil verilib.

F.Poladov ötən gün "Koroğlu" metrostansiyası yaxınlığında "Niva" avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun qarşı tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

O, hadisə zamanı ağır xəsarət alıb. Yaralı sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat edilib.

F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb, eləcə də, 2014-cü ildə MMA üzrə dünya çempionu olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu