Telefon naqilsiz də şarj yığacaq

 Tokio Universitetinin alimlər qrupu smartfonları və digər qurğuları naqilsiz doldurma texnologiyaları üzərində çalışırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bunun üçün 3x3 metr ölçüdə otaq ayıran alimlər onun döşəməsinə və divarlarına maqnit sahəsi yaradan xüsusi panellər yerləşdiriblər. Bundan əlavə, onlar smartfonun arxa hissəsinə maqnit dalğalarını elektrik enerjisinə çevirən kiçik çarx birləşdiriblər.

Bu təcrübədən sonra alimlər smartfonu naqilsiz doldurmağın və işığı birbaşa əlaqə yaratmadan yandırmağın mümkün olduğunu bildiriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu