Türkiyə millisinin üzvü 15 milyon avroya transfer olundu


Türkiyə millisinin üzvü Ozan Kabakın yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi Almaniyanın "Ştutqart" klubundan "Şalke 04"ə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Şalke 04" müqavilənin detallarını açıqlamayıb. Almaniya mətbuatının məlumatına görə, yeni klubu ilə 5 illik müqavilə imzalayacaq Ozan üçün "Ştutqart"a 15 milyon avro ödənilib.

Türk futbolçunun transferi ilə bağlı danışan "Şalke 04"ün idman direktoru Yohen Şkneyder "Avropanın ən böyük istedadlarından birini heyətimizə qatdığımız üçün xoşbəxtik. Bu transferdə bir çox böyük klubla rəqabət apardıq. Amma Ozan düşünərək bizi seçdi" deyib.

Qeyd edək ki, 19 yaşlı stoper 2018/19 mövsümünün qış fasiləsində "Qalatasaray"dan "Ştutqart"a 11 milyon avroya transfer olunmuşdu. İkinci dövrədə Bundesliqada 15 oyuna çıxan futbolçu 3 qola imza atıb. "Ştutqart" mövsümün sonunda Bundesliqanı tərk etdiyindən Ozan da komandadan ayrılıb. Türk futbolçunu "Bavariya" da heyətinə qatmağa çalışırdı. 
Paylaş
Bizi Facebookda izləyin
menu
menu