Türkiyə XİN-dən Liviyaya sərt TƏLƏB: DƏRHAL...


Türkiyənin Xarici İşlər Nazirliyi Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Xəftərin tərəfdarlarının 6 Türkiyə vətəndaşını girov götürməsinə sərt reaksiya verib.
APA -nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Liviyada 6 Türkiyə vətəndaşının Xəftərə tabe olan qanunsuz qüvvələri tərəfindən 6 vətəndaşımızın tutulması quldurluq və pirtaçılıqdır. Vətəndaşlarımızın dərhal sərbəst buraxılmasını tələb edirik. Əks təqdirdə Xəftərin tərəfdarları qanuni şəkildə hədəfə alınacaq”.

Qeyd edək ki, Xəlifə Xəftərin spikeri Əhməd Buzeyd Əl-Mismari iki gün öncə “Türk hədəflərini düşmən hədəfləri hesab etmək lazımdır: hava və su yolunda Türkiyə təyyarə və gəmilərinə yol verilməməlidir”, deyə bir hədələyici fikirlər yayımlayıb.
Bundan başqa, Liviyada Muammər Qəddafinin devrilməsindən sonra ölkənin şərqini ələ keçirən və son zamanlar gücü zəifləyən Xəlifə Xəftər Ərdoğnı Liviyanın daxili işlərinə qarşımaqda ittiham edib.

Xəftər Türkiyənin Qətərlə birgə Liviyanın mərkəzi hökumətinə dəstək verdiyini və ölkənin bir qismini işğal altında saxladığını söyləyib.
Dünən Yaponiyada jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan məsələ ilə bağlı mövqeyini öyrəndikdə o, “Bu barədə mənə heç nə deyilməyib. Xəftər tərəfindən belə bir təlimat varsa, araşdırılar. Bu mövzularda lazımi tədbirlər görülüb. Bundan sonra da lazım olarsa, görülər”, - deyə cavab verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu