Dəhşətli yol qəzası: 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB - FOTO



Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri, "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğlu rayonun Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
APA -nın yerli bürosunun xəbərinə görə, xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb və Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb. Hazırda sonuncuların şəxsiyyəti müəyyənləşdirilir.
****
21:44
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
10 NF 093 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili ilə toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu