Dünyanı sarsıdan böyük bir dramın simvolu – Fotonu çəkən jurnalist danışır + VİDEO

« Rio Grande» çayında boğulan ata və qızın fotosunu çəkən adam danışdı. 

« Sherg.az» « lefigaro.fr»ə itinadən xəbər verir ki, Oskar Alberto Martinez Ramirez və balaca qızcığazı Valeriyanın fotosu jurnalist Juliya Lö Dük tərəfindən çəkilib.  Bu foto tarixə dünyanı sarsıdan böyük bir dramın simvolu kimi düşdü. 
Fotonu iyunun 24-də Meksikada dərc olunan  « La Jornada de Matamoros » qəzetinin əməkdaşı Juliya lö Dük çəkib. Jurnalist salvadorlu miqrantlar - ata və qızının nəşini görüb və o dəhşət içərisində onların fotosunu lentə alıb. Onlar « Rio Grande » çayında batıblar. Bu çay Meksika ilə Amerikanın sərhəddində yerləşir. Ata və qızı Meksikadan Amerikaya keçmək istəyiblər, lakin...   
Juliya Dük məlum hadisə ilə bağlı bunları deyib : 
Bazar günü bir qadının çayın kənarında çıxılmaz, çarəsiz vəziyyətdə qışqırması ilə bağlı təcili xəbər gəldi. Bu xəbəri eşitdik və dərhal çayın sahilinə yollandıq. O qadın qışqırırdı ki, azyaşlı körpənin nəşi suyun üzünə çıxıb. Artıq xilasedicilər də orada idilər. Xilasedicilər onların meyitini çıxaranda çox dəhşətli bir mənzərinin şahidi olduq. Ata suyu keçərkəın qızını qorumaq üçün onu köynəyinin altında saxlayıb. Oların meyiti elə bu vəziyyətdə tapıldı və mən də göz yaşları içində dünyanı sarsıdan bu hadisənin fotosunu çəkib onları tarixə köçürdüm ». 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu