“Paşinyan ağıllı addım atmazsa...” – AKTUAL ŞƏRH 



“Paşinyan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım gözləməyə dəyməz”. 

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, baş nazir öz radikal çıxışları ilə əvvəlki hökumətdən heç nəyi ilə fərqlənmədiyini dəfələrlə sübut edib: 

“Bu da birbaşa Ermənistandakı siyasi sistemlə bağlı məsələdir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq biz eyni tendensiyanın şahidi oluruq. Ermənistanın yeni rəhbərliyi münaqişənin həlli ilə bağlı gözləntiləri doğrulda bilmir. Bunun əksinə, tamamilə fərqli mövqe sərgiləyir. Halbuki Paşinyan özünü yerli və dünya ictimaiyyətinə “demokrat” kimi təqdim edirdi. Lakin baş nazirin münaqişəyə baxışı göstərdi ki, Paşinyan anti-demokratdır”.

Ekspertin sözlərinə görə, əvvəlki hökumətlərin apardıqları faşist siyasət bugün Paşinyan tərəfindən olduğu kimi davam etdirilir: 

“Sarkisyanın hakimiyyətdən necə getdiyini hamı yaxşı bilir. 2016-cı ilin aprel döyüşləri burada ən təsiredici amil olub. Əgər Paşinyan ağıllı addım atmazsa, bu cür aqibət onu da gözləyir. Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onun xalqa verdiyi bütün vədlərin reallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən birbaşa asılıdır. Ermənistanın sosail-iqtisadi vəziyyətinin dəyişməsi ancaq və ancaq münaqişənin nizamlanması ilə mümkündür”.
 

 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu