4 yaşlı oğlan çayda batdı - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi Gəncədə azyaşlının çayda batması faktı ilə bağlı məlumat yayıb.
APA -nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
***
Saat 14:40
Gəncədə azyaşlı oğlan çayda batıb.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib. 4 yaşlı Səfərli Hüseyn Nurəli oğlu anasının əlindən qaçaraq çaya yıxılıb. Nəticədə azyaşlı çayda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətdə tədbirlər davam etdirilir.
Fuad Nazimoğlu
Gəncədə azyaşlı qız çayda batıb.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib. 4 yaşlı uşaq anasının əlindən qaçaraq çaya yıxılıb. Nəticədə azyaşlı çayda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu