İyulun 7-də imtahan verəcək abituriyentlərə MÜRACİƏT


İyulun 7-də II və III ixtisas qrupları üzrə keçiriləcək qəbulimtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçünhttp://eservices.dim.gov.az/brxvbak/linkinə daxil olmalıdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlərdigər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmışarayışıda(arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
Göstərilən sənədlərdənbiri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu