Zəhərlənməyə görə 33 müraciət... - RƏSMİ


İyun ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə 1405 müraciət daxil olub.

Agentlikdən "Sherg.az"a bildirilib ki, daxil olan müraciətlərdən 330-u sertifikatlaşdırma və qeydiyyat, 353-ü idxal-ixrac əməliyyatları, 127-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 33 müraciət daxil olsa da, onlardan yalnız 12-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Ötən ay agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla, 493-ür isə digər xarakterli olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu