“...İrəvanla deyil, Moskva ilə danışıqlar aparmalıyıq” – SENSASİON AÇIQLAMA


“Ermənistan hakimiyyətindən konstruktiv addım gözləmək sadəlövhlükdür. Ən əsası isə bilə-bilə özünü aldatmaqdır”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Qasımov deyib. 
Siyasi şərhçi bildirib ki, nə Paşinyan, nə də qeyri bir erməni bu məsələnin həlli istiqamətində söz sahibidir: 
“Ermənistan tərəfinin hərəkətləri danışıqlarda görüntü yaratmaq, vaxt udmaq üçündür. Burada əsas söz sahibi Rusiyadır. Paşinyan və digərləri bu oyunun fiqurlarıdır. Rusiya isə fiqurları hərəkət etdirən əl və beyindir. Çalışmalıyıq ki, oyunda qalib olmasaq da uduzmayaq. Ona görə də İrəvanla deyil, Moskva ilə açıq ya gizli danışıqlar aparmalıyıq. Amma hesab edirəm ki, bu da heç bir nəticə verməyəcək”. 
Ekspertin sözlərinə görə, Rusiya Qarabağ problemini nə vaxtsa torpaqlarımızı geri qaytarmaq üçün yaratmayıb: 
“Bu tipli problemlər sovet ideoloqları tərəfindən hazırlanıb. Hazırlanmasında məqsəd isə sovetin dağılması fonunda imperiyanın başqa adla bərpa olunmasına hesablanıb. Bu baxımdan məsələyə daha qlobal yanaşmalıyıq. İstəyimiz reallaşmasa, vətən müharibəsinə başlamalı və torpaqlarımızı düşməndən azad etməliyik”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu