“Şovinist Sinanyan Paşinyanın xislətinə uyğun adamdır” - AÇIQLAMA



“ABŞ-da erməni lobbisi çox güclüdür. Kaliforniyada isə ermənilər ən aktiv şəkildə fəaliyyət göstərirlər”
Bunu “Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. 
Birlik sədri vurğulayıb ki, şovinist Zareh Sinanyan vaxtilə Amerikada vəzifədə təmsil olunması ermənilərin əl-ayağın geniş açmışdı: 
“Ermənistanın baş naziri də öz xislətinə uyğun olaraq bu vəzifəyə adam seçib. Paşinyanın Zareh Sinanyanı bu cür vəzifəyə gətirməkdə məqsədi Ermənistanın diaspor siyasətində yeni hədəflərə çatmaqdır.
Xüsusən, ermənilər son bir ildə qondarma DQR-nın xaricdə təbliğatını gücləndiriblər. Bu işə erməni lobbisi planlı şəkildə hazırlaşıb. Zareh Sinanyan ümumi fəaliyyətin önündə duraraq daha aktiv şəkildə iş aparacaq”. 
F.Hüseynzadənin sözlərinə görə, buna cavab olaraq Azərbaycan diasporu özünə yeni strateji plan qurmalı və erməni lobbisini daim ifşa etməlidir: 
“Ən əsası da milli diaspor ermənilərin işğalçılıq siyasətini önə çəkməli, onların Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıdır”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu