ABŞ-iran gərginliyi pik həddə : Döyüş təyyarələri Qətərdə...    


ABŞ- İran gərginliyi getdikcə şiddətlənir. «Sherg.az»   «RFİ.fr»ə istinadən xəbər verir ki, Vaşinqton Qətərdə « F-22 » təyyarələrini yerləşdirib.
Bu barədə Pentaqondan açıqlama verilib. Məlumatda bildirilib ki, Tehranla münasibətlərin gərginləşməsi fonunda ABŞ-İranla sərhəddə hərbi gücünü daha da artıracaq: «Biz Amerikanın maraqları və təhlükəsizliyini təmin etmək məqsədilə bu addımları atırıq».  Hətta buna dair Pentaqondan Amerikanın bazasından Qətərə uçan « F-22 »-nin fotosunu da paylaşılıb.

Qeyd edək ki, 2015-ci ildə əldə olunmuş razılaşmaya görə, ABŞ prezidenti Donald Tramp İrana tətbiq etdiyi sanksiyanı geri götürdü.Bu razılaşmada İranda nüvə silahını inkişaf etdirməyəcəyi öhdəliyini götürdü.

Lakin 2019-cu ilin 20 iyun tarixində İranın ABŞ-a məxsus dronu vurması ilə gərginlik şiddətləndi və hazırda vəziyyət pik həddədir. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları