Türkiyə: 6 türk vətəndaşını saxlayan Liviyanın hər bir hücumuna cavab veriləcək




 Türkiyə Liviya tərəfindən saxlanılan 6 türkün azad edilmədiyi təqdirdə, alan marşalı Xəlifə Hifterin qrupunun “qeyri-qanuni yaraqlı qüvvəsi” adlandırılaraq, “legitim hədəf” olacağı barədə xəbərdarlıq verib.

Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Livan tərəfindən hər bir düşmən hərəkət və hücumlar ciddi nəticələrlə qarşılana bilər. Akar deyib ki, Türkiyə Liviyada regional sülh və sabitliyi qorumaq üçün orada mövcudluğunu saxlayır. Nazirin bəyanatı rəsmi Anadolu xəbər agentliyi tərəfindən yayılıb.

Hifterin Liviya Milli Ordusu (LMO) elan etdiyi qüvvələrin sözçüsü Türkiyəni rəqib yaraqlılara dəstək verməkdə günahlandırıb. Hifterin qüvvəsi Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Fransadan yardım alır. (Amerikanın səsi)
LMO-su Livanın şərq və cənub bölgələrini nəzarətində saxlayır. Hifterin nəzarətində olan bu bölgərləri türklərin tərk edilməsi tələb edilib.
Liviya parlamenti bütün nazirliklər, dövlət təsisatları və bankların Türkiyə şirkətləri ilə ticarətini yasaqlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu