Tbilisidə etiraz aksiyası başa çatıb - YENİLƏNİB


 

Tbilisidə, Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təşkilatçılar aksiyanın iyulun 2-də, yeri vaxtla saat 19:00-da bərpa olunacağını elan ediblər.

Etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi yerinə yetiriləndən sonra aksiyaları dayandıracaqlarını bildiriblər.

Onlar hökumətlə danışıqlara getməyəcəklərini də açıqlayıblar.

Qeyd edək ki, sabah Tbilisidə parlament önündə keçiriləcək aksiya sayca on üçüncü olacaq.

***20:14

Tbilisidə Gürcüstan parlamentinin binası önündə etiraz aksiyası bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, onikinci gündür keçirilən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Aksiyaya müxalifət partiyalarının nümayəndələri də qatılıb.

Parlamentin binası qarşısında quraşdırılmış çadırlarda 5 gənc eyni tələblə aclıq aksiyasını davam etdirir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu