Qarabağ qaytarılmalıdır


Erməni analitik Boltonun Cənubi Qafqaz baxışını 4 prinsiplə izah edib


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun fikrincə, Qafqazda yalnız bir güc var - Azərbaycan və Türkiyə tandemi.
Axar.az xəbər verir ki, bu sözlər erməni analitik Yervand Bozoyanın “Politeconomy.org” saytında dərc olunan məqaləsində əksini tapıb. Bozoyan bildirib ki, Boltonun Cənubi Qafqaz baxışını 4 prinsiplə izah etmək olar:
“Birincisi, Ermənistan İranla sərhədlərini bağlamalıdır. Ən yaxşı halda Mehri rayonu Qarabağın bir hissəsinə qarşılıq bölünə bilər ki, buna da Azərbaycan və Türkiyə razıdır.
 İkincisi, əgər Mehri variantı işləməsə, erməni tərəfi gərək Azərbaycan və Türkiyənin maraqları ilə razılaşıb, ümumiyyətlə Qarabağdan imtina etsin. Əks halda Ermənistanın mövcudluğu şübhə altına düşəcək. İranın bölünməsi Azərbaycan və Türkiyənin regionda güclü mövqelərə sahib olması üçün vacibdir.
 Üçüncüsü, ermənilər Rusiyanın təsiri altından çıxıb, Türkiyənin təsirinə adaptasiya olmalıdırlar. Ona görə ki, regionda başqa nüfuzlu ölkə yoxdur.
 Dördüncüsü, Ermənistanda ictimai fikrin dəyişdirilməsi üçün Paşinyan dəstəklənməli, Qarabağ dairəsi neytrallaşdırılmalıdır”.
 Bozoyan bu mövqenin Ermənistan üçün mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın, Gürcüstandan fərqli olaraq, geosiyasi oriyentasiyasını dəyişməsi üçün alternativi yoxdur. Əgər Gürcüstanın Rusiyadan ayrılması Abxaziya və Cənubi Osetiyanın ondan qopmasına səbəb oldusa, Ermənistan üçün belə olan halda təkcə Qarabağ və Sünik yox, həm də dövlətçilik yox olacaq.

Paylaş
Bizi Facebookda izləyin
menu
menu