Bu uşağa dünyada heç bir insana verilməyən ad qoyulub :«Google»



Onlar körpələrinə « Google» adı verib ki, uşaq gələcəyin lideri olsun 

İndoneziyalı cütlük yeni doğulmuş oğlan ovladlarına dünyada heç bir insana verilməyən ad qoyub.  «Sherg.az» « aufeminin.com»a istinadən xəbər verir ki, onlar körpələrinə « Google» adı verib, ki, uşaq gələcəyin lideri olsun.
Bu körpə onların ikinci övladıdır. Valideynləri övladlarına « Google» adı seçməklə düşünürlər ki, bu ad gələcəkdə onun üçün böyük bir şans, imkan açacaq. Uşaq ana bətnində 7 aylıq olanda artıq valdieynləri onun adını müəyyənləşdiriblər. Onun anası Ella Karin və atası isə Andi Kahyadır. A.Kahya bəyan edib ki, hazırda texnologiya əsridir və texnoloji üstünlüklər də uşaqlarımıza məhz texnologiya ilə bağlı ad seçməyimizə imankan yaradır: 
“Biz də bu texnoloji üstünlüklərdən ilhamlanaraq övladımıza bu adı seçdik. Əvvəlcə, "Windows”,” iPhone”, “Microsoft” et “iOS" adlarını da müzakirə etdik, amma sonda « Google» ü seçdik. Həm də bunu seçdik ki, övladımıız gələcəkdə intellektual olsun. Biz adın insanın həyatına təsir etməsinə inanırıq. Ailə üzvlərimiz və yaxınlarımız əvvəlcə bunu qəbul etmədilər.
Onlar bu adı deməkdə bir az çətinlik çəkdilər, amma sonradan uşağa “Google” deməyə başladılar. «Google» bu gün birinin nəvəsi, birinin qardaşı,  bacısı oğlu, birinin də qardaşıdır. Artıq hər kəs onun adını asanlıqla dilə gətirir. İnanıram və istəyirəm ki, övaldım gələcəkdə hər kəsə köməklik edən, xeyirxah və başqları üçün də faydalı övlad olacaq. 
Anası Ella Karin də arzulayır ki, övladı gələcəkdə lider şəxlərdən olsun. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu