Nə Bodrum, nə də Antalya: Hamı ora axın edir...

 Dünyanın ən böyük duzlu gölü, Türkiyənin də ən böyük gölü hesab oulunan Van gölü havaların istiləşməsiylə vətəndaşlara qucaq açıb.
Dənizdən təxminən min 700 metr yüksəklikdə yerləşən, sahəsi 3 min 713 kvadrat kilometr, dərinliyi isə təxminən 500 metr olan Van gölü, yəni vanlıların sözləri ilə desək Van dənizi, təbii gözəllikləri diqqət çəkir. Burada ilk çimərlik olan Mollakasım xalq çimərliyi isə havaların istiləşməsiylə birlikdə dolub- daşır. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, uzun keçən qış mövsümünün ardından isti havanın dadını çıxaran vətəndaşlar özlərini Van gölünün sahillərinə atırlar.

Yerli və xarici turistlərin, xüsusilə iranlıların seçdiyi Vanda gölə girənlər burada üzməyin ayrı bir kef olduğunu bildirirlər. Bir ziyarətçi, "Təbiətiylə, sakitliyi ilə Van gölünü başqa bir yerə dəyişmərik. Havası da gözəldi, yay gələndə fikir eləmirik. Tətilə başqa yerə getməyə gərək yoxdur. Buralara da sərmayə qoyulsa, Egey və Aralıq dənizi sahillərindən heç bir fərqi olmaz" deyə danışır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu