“Kimlərsə AKP-yə qarşı yeni partiya yaradacaqlarsa...” – Təşkilat sədri


“Məncə insanlar İstanbul bələdiyyə başqanlığı seçkilərini çox böyüdür”. 
Bunu “Sherg.az”a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. 
Partiya sədri bildirib ki, bu, sadəcə bir şəhərdə keçirilən bələdiyyə seçkiləri idi və seçkini CHP deyil, birləşmiş müxalifət, eyni zamanda hakim partiyadan incik düşən seçicilər uddu: 
“İndi də AKP rəqibləri bu seçkinin nəticəsində yaranmış vəziyyəti psixoloji üstünlük kimi istifadə edib siyasi xal qazanmağa çalışırlar. Təbii ki, bir partiyanın keçmiş üzvlərinin yeni siyasi təşkilat yaratmaqları həmin partiyaya bu və ya digər formada təsir edəcək. 
Ancaq, bu təsiri həlledici amil hesab etmirəm. Eyni prosesi zamanında MHP-yə qarşı da etdilər və İYİ Partiyanı yaratdılar. Lakin bu gediş MHP-ni sıradan çıxartmadı. İndi də kimlərsə AKP-yə qarşı yeni partiya yaradacaqlarsa, bu onları sıradan çıxarmayacaq”. 
T.Abbaslının sözlərinə görə, 17 il hakimiyyətdə qalıb ilk zamanlardakı populyarlığı saxlamaq asan deyil: 

“Bu da anlaşılandır. Ərdoğan güclü siyasi xadimdir və əminəm ki, o və partiyası onlar üçün yaranmış bu qəliz vəziyyəti öz xeyirlərinə çevirə biləcəklər. Heç kim unutmamalıdır ki, artıq Türkiyədə bir AKP reallığı var və bu reallıq hələ çox onillər siyasi səhnənin aparıcı qüvvəsi olacaq. Hazırkı və bundan da daha qəliz dönəmləri isə cari problemlər hesab etmək olar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu