“Pensiya alan yüz minlərlə vətəndaşımızın təqaüdü artdı”


“Prezident İlham Əliyev  son 6 ayda 2 dəfə əmək haqlarını qaldırıb” 
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. 
Partiya funksioneri deyib ki, cənab Prezident İlham Əliyev son 6 ay ərzində milyonlarla insanın rifahına təsir edəcək əmək haqlarının qaldırılması ilə bağlı fəman imzalayıb:
 
“Ölkəmizdə minimum əmək haqqı artıq 130 manatdan 250 manata qaldırdı. Bu iki dəfə əmək haqlarının qaldırılması deməkdir. Söhbət ən son hədd olan əmək haqlarından gedir. Yüz minlərlə təhsil işçilərinin əmək haqqı 20 faiz qaldırıldı. Başqa kateqoriyadan olan işçilərinin əməkhaqqları 40 faiz artıdı i, o insanlar on minlərlədir. Eyni zamanda hüquq-mühafizə orqanlarının və digər qurumlarda çalışanların maaşları artdı. Pensiya alan yüz minlərlə vətəndaşımızın təqaüdü artdı. Artıq Azərbaycan dövləti sentyabr ayından Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ilk üçlükdə olacaq. Birinci yeri tutan Rusiya ilə Azərbaycan arasında cəmi 20 dollar fərq qalacaq. Bu sırada Ermənistan xeyli geridə qalır”. 
Ekspertin sözlərinə görə, inkişaf edən Azərbaycan radikal müxalifət qüvvələrini qane etmir: 
“Səbəb bəllidir. Onlar hər zaman çalışırlar ki, vətəndaşlırın rifahi yaxşı olmasın, hər zaman narazılıq içində olsunlar. Ona görə də dövlət başçısının apardığı bu cür islahatları gözdən salmağa cəhd edirlər. Bütün imkanları ilə ölkədə sabitliyin pozulmasına çalışırlar. AXCp sədri Əli Kərimli polis məmurunu təxribata çəkməklə məşğul olur və özünün həbs olunmasına zəmin yaradır. Bunu da məqsədli şəkildə edir. Diqqətinizi 2018-ci ilin prezident seçkilərinə yönəltmək istəyirəm. Onun seçki zamanı “Obyektiv” TV-də bir çıxışı var idi. Canlı yayımda çıxış edərək “mən bilsəm ki, həbsim on minlərin, yüz minlərin ayağa qalxmasına səbəb olacaq, kiçik xuliqanlıq edib həbsə girməyə hazıram” deyirdi. Yəni hüquq təhsilli bir adam açıq şəkildə canlı yayımda belə bir fikir işlədir. Ola bilsin, veriliş canlı olduğu üçün, dediyinin fərqinə varmayıb, amma kiçik xuliqanlıq etməyə qadir olduğunu birbaşa deyib. Bu da ölkədə sabitliyi pozmaq cəhdidir. Ə.Kərimlinin məqsədi ölkədə siyasi sabitliyin pozulması və vətəndaş qarşıdurmasının baş verməsidir, ancaq o buna heç vaxt nail ola bilməyəcək”.

Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu