“Ermənistanın siyasəti status-kvonu qorumağa hesablanıb”


“Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsini sülhlə həll etmək istəyir. Lakin düşünürəm ki, artıq Ermənistanla XİN yox, birbaşa Müdafiə Nazirliyi danışmalıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında gənc politoloq Fuad Heydər deyib.
Analitik bildirib ki, Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasının sülh yolu məhz işğalçı Ermənistan tərəfindən bağlanılıb:
“Qanla alınan torpaq qanla geri qaytarılmalıdır. Azərbaycan nə qədər sülh istəsə də, Ermənistanın baş naziri Nikol Paşinyan öz sələflərinin yolu ilə gedir. Yəni azad və müstəqil addımı ata bilmir. Əslində Qarabağ Ermənistan dövlətinə və erməni xalqına lazım deyil. 
Münaqişə onlar üçün sadəcə başağrısıdır. Problemi həll etmək üçün böyük güclərin əlində siyasi oyuncağa çevrilməsinə imkan verilməməlidir. 
Lakin onu da unutmaq lazım deyil ki, istər XİN, istərsə də Müdafiə Nazirliyi sadəcə icraçı mövqedədir ve gələn əmrləri yerinə yetirməklə kifayətlənirlər. 
Müdafiə Naziri Zakir Həsənovun da qeyd etdiyi kimi, Ali Baş Komandan tərəfindən müharibə əmri verilən an Azərbaycan ordusu dərhal hərəkətə keçəcək. İstər Müdafiə Nazirliyi, istərsə də Xarici İşlər Nazirliyi indiki şəraitdə mövcud siyasi kursa uyğun olaraq hərəkət edirlər. 
Ancaq vəziyyət hər an dəyişə bilər. Ermənistanın mövqeyinə gəldikdə isə, düşünürəm ki, indiki durum düşmənə sərf edir. Erməni hökumətinin ənənəvi siyasəti status-kvonu saxlamağa hesablanıb”. 



Paylaş
Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu