Rəsmi İrəvanın tək çıxış yolu: Ermənistan işğalçılıq siyasətindən çəkilməlidir

“XİN başçılarının hələ bu il yanvarın 15-də keçirilən Paris görüşündə “xalqların sülhə hazırlanması” ilə bağlı razılığa gəlinmişdi. Çətin proses olmağına baxmayaraq, Azərbaycan tərəfi bu məsələ ilə bağlı addımlar atmağa, sülh şəraitində münaqişənin həlli istiqamətində bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirdi. Amma Ermənist6an tərəfi bunda maraqlı olmadığını yeritdiyi siyasətlə göstərir”. 

Bu sözləri Sherg.Az-a millət vəkili Sona Əliyeva Qarabağ danışıqlarına münasibət bildirərkən deyib. Xanım deputat bildirib ki, Azərbaycan tərəfinin səylərinə baxmayaraq hələ də, Erməmistan tərəfi konstruktiv danışıqlara getməyə  və münaqişənin sülh yolu  ilə həllinə maraqlı deyil: 
“Halbuki, Düşənbədə əldə olunan razılığa əsasən   tərəflər təmas xəttində sabitliyi təmin etməli idilər. Əksinə, Vaşinqton görüşündən əvvəl qoşunların təmas xəttində ermənilərin təxribatı nəticəsində Azərbaycan zabiti şəhid oldu. Daha sonra iyunun 9 da daha bir şəhid verdik. Üstəlik Erməni tərəfi sakitləşməyib bu cinayəti törədənə medal verdi. Bununla yanaşı Ermənistan ordusu işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı. Həmçinin Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum olundu. Vaşinqton görüşündən bir gün əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyanın “müharibə hələ bitməyib” açıqlaması oldu. Bütün bumnlar onu deməyə əsas verir ki, Paşinyan beynəlxalq təşkilatlar qarşısında təmamilə başqa performans göstərir, eyni zamanda  hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək və danışıqlar prosesini pozmaq, başqa istiqamətlərə yönləndirmək siyasəti yürüdür.
Artıq uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan, BMT-nin qətnamələrini, digər beynəlxalq təşkilatların verdiyi bəyanatları görməzdən gəlir  və  sülh çağırışlarını qulaqardına vurur. Üstəlik, münaqişənin nizamlanması ilə əlaqədar son görüşlərdə Ermənistanın qeyri müəyyən davranışları, danışıqların mahiyyətinə əks manevrlər etməsi riyakarlıqdan başqa bir şey deyil.  Hər bir halda rəsmi İrəvan anlamalıdır ki, mövcud status-kvonu saxlamaq və vaxt qazanmaq onun xeyrinə deyil. Çünki zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycan hər keçən gün siyasi və iqtisadi nüfuzunu artırır. Üstəlik, Ermənistanda daxili siyasətdə olan qeyri-stabillik və gərginlik davam edir, təcrübəsiz və hesablanılmamış qərarlar seperatçı rejimlə mövcud  iqtidarın arasındakı münasibətləri daha da gərginləşdirir”. 
Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır: “Münaqişə yalnız ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll olunmalıdır. Dövlətimiz öz torpaqlarını sülh, ya da hərbi yolla azad edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu