Bu ölkədə qoyun qırxma üzrə dünya çempionatı keçiriləcək: 34 ölkədən 300 iştirakçı...

Bu həftə Fransa qoyun qırxma üzrə ilk dünya çempionatına ev sahibliyi edəcək.
«Sherg.az» «sputnik.fr»ə istinadən xəbər verir ki, ilk dəfə bu yarış 40 il öncə Yeni Zelandiyada baş tutub.
Indi isə Fransanın «Haute-Vienne»departamentindəki «Dorat» şəhərində təşkil olunacaq. Iyulun 4-dən 7-ə kimi davam edəcək yarışa 34 ölkədən 300 iştirakçı qatılacaq. Bu yarış ilk dəfə 1977-ci ildə Yeni Zelandiyada təşkil olunub.  Raqbi qədər məşhur bir idman növü hesab olunur. 
Ümumən bu yarışda 650 qoyun qırxılmalıdır. İştirakçılar 3 istiqamət üzrə yarışacaqlar : maşınla qırxma, qayçı ilə qırxma, yunu çeşidləmə və yığıma.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu