Xərçəng: qadınlarda "drammatik" artım - Ölüm saçır


Fransada qadınların ağ ciyər xərçənginə tutulması halı pik həddə çatıb.

«Sherg.az» «sciencesetavenir.fr» ə istinadən xəbər verir ki, hər il qadınların xərçəngə tutulması halında artım müşahidə olunur.

Ağ çiyər xərçənginə yoluxma  50-60 yaşlı qadınlarda özünü daha tez büruzə verir. Səbəb isə tütün alüdəçisi olmalarıdır. 
Səhiyyə Agentliyinin məlumatına görə, ümumiyyətlə, 2018-ci ildə 382 min insan xərçəng xəstəliyinə tutulub ki, onlardan 204 min 583- ü kişi, 177 min 400-ü isə qadındır. Ümumilikdə xərçəngdən ölənlərin 89 min 621 nəfəri kişi, 67 min 800 nəfəri isə qadındır. İl ərzində kişilərdə xərçəngə yoluxma 1 faiz, qadınlarda isə 1,1 faiz artır. 1990—ci illə müqayisədə tütün istifadə edib, xərçəngə yoluxan qadınların sayında 5 faiz artım müşahidə olunur.

Ölüm halı isə 3,5 faiz çoxalıb. Bundan başqa tütün və alkoqol qadınların mədəaltı vəzi və qaraciyərində xərçəng yarada bilir. Və bu, qadınlarda daha tez əmələ gəlir.  Ümumən, xərçəngin qara ciyər və mədəaltı vəzidə yaranması və bu səbəbdən baş verən ölüm halları artıb. 

Agentlik onu da əlavə edib ki, xərçəng yoluxma 40 faizdirsə, bu zaman insanı xilas etmək mümkündür. Yoluxma 40 faizi keçibsə, o insanı həyata qaytarmaq və ya sağlamlığını bərpa etmək mümkün olmur.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları