Feysbuk sağlamlıqla bağlı aldadıcı postları məhdudlaşdıracaq



Feysbuk sağlamlıqla bağlı aldadıcıvə sensasion postları məhdudlaşdıracaq.

«Sherg.az» « Lemonde.fr»ə istinadən xəbər verir ki, o sayaq paylaşımlar silinməsə də, məhdudlaşdırılacaq. Bu barədə artıq Feysbuk rəhbərliyi anons verib. Anonsda qeyd olunur ki, məqsəd bu cür paylaşım edənlərin insanların sağlamlığına ziyan vurmalarının qarşısını almaqdır. Əslində Feysbuk 2017-ci ildə belə halların qarşısının alınması üçün method tətbiq edib, lakin bu sistem  güclü deyil.  Bu məsələ əəsasən insanların sağlamlığı ilə bağlı Feysbukda satışa çıxarın keyfiyyətsiz və təsirsiz dərmanlarla bağlıdır. Bu dərman və həblər çox təhlükəlidir. Məlum vəziyyət həm insanların sağlamlığını təhlükə altına alır, həm də Feysbukun nüfuzuna ciddi ziyan vurur. 


Paylaş
Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu