“Paşinyanın hakimiyyəti dönəmində daha radikal addımların şahidi oluruq”


“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda hansısa irəliləyiş ancaq görüntü xarakteri daşıya bilər”.
Bunu “Sherg.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib. 
Partiya funksioneri bildirib ki, ortada konkret nəticə olmadığı müddətcə, heç bir irəliləyişdən danışmaq olmaz: 
“Əksinə ötən müddət ərzində Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti dönəmində rəsmi İrəvanın daha radikal addımlarının şahidi olmuşuq. Paşinyanın Şuşaya səfəri, zabitimizin vurulması, helekopterimizə atəş açılması, Azərbaycan müdafiə nazirinin açıq formada təhdid edilməsi və s. məqamlar onu göstərir ki, rəsmi İrəvanın hər hansı kompromis niyyəti yoxdur. Bütün bunlara adekvat cavab verilməli, bu da Azərbaycanın birbaşa cavabında öz əksini tapmalıdır. Biz münaqişədə ərazisi işğal olunan, vətəndaşları öldürülən, əsir götürülən, didərgin salınan tərəfik. Ona görə də Azərbaycan tərəfi ümidini İrəvan hökumətləri ilə illərdir davam edən mənasız danışıqlara deyil, hərbə bağlamalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu