Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşr ediləcəyi vaxt AÇIQLANDI


“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabr ayının sonunda nəşr olunacaq”.

Bu barədə APA -ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
O bildirib ki, yeni lüğət üzərində işlər davam edir: “Yeni orfoqrafiya lüğətindəki dəyişikliklərlə bağlı hər hansı monitorinq keçirilməyib. Yəqin ki, lüğətin nəşrindən sonra monitorinq keçiriləcək”.

Direktor əlavə edib ki, ilkin olaraq lüğətin neçə nüsxədə nəşr olunacağı bilinmir.
Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu