Günəşin tutulması möhtəşəm mənzərə yaratdı – 300 min adam müşahidə aparıb


Dünya astronomiyasının mərkəzi hesab olunan Çili üzərində günəşin tutulması çox möhtəşəm bir mənzərə yaradıb.
«Sherg.az» «20 minutes.fr»ə istinadən xəbər verir ki, məlum günəş tutulması 3 dəqiqə 6 saniyə davam edib. 
Günəşin tutulması Sakit okeanın böyük bir hissəsini və Argentinanı əhatə edib. 
Möcüzə Çili vaxtı  ilə saat 13 :01 –də baş verib. 150 km enliyində Çilinin üzərini qaranlıq bürüyüb. 
Təxminən 300 minə yaxın turist, alim, müşahidəçi və bu sahə ilə maraqlanan insan Çilinin şimalına gəlib müşahidə aparıb ki, bu da dünyada astronomik müşahidələrin 45 faizini təşkil edir. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu