"Facebook" baş verənlərlə bağlı rəsmi izahat verdi 


İzahat başqa bir sosial şəbəkə vasitəsilə edilib


"Facebook" şirkəti bu sosial şəbəkədə yaranmış problemlərlə bağlı rəsmi izahat verib. İzahat "Twitter" şəbəkəsindəki rəsmi profildə yayılıb.

"Bizim xəbərimiz var ki, bəzi istifadəçilər şəkillərin, videoların və başqa faylların proqramlarımız vasitəsilə yüklənməsində və göndərilməsində problemlə üzləşiblər. Narahatlığa görə üzr istəyirik və çalışırıq ki, vəziyyəti mümkün olduğu qədər tez bir müddətdə normallaşdıraq" - dərc olunmuş statusda qeyd olunur.


Xatılrladaq ki, "Whatsapp", “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətində bir neçə saatdır ki, problem yaranıb. Misal üçün, "Facebook"da şəkillər görünmür. 



Paylaş

Bizi Facebookda izləyin
menu
menu