Yaponiyada sel: 800 min sakin təxliyə edildi

Yaponiyanın cənub-şərqindəki Kaqoşima bölgəsində aramsız yağışlar sel yaradıb. Buna görə bölgənin 3 şəhərindən təxminən 800 min sakin təxliyə edilib. 

Sherg.az xarici KİV-ə istinadən bildirir ki, davamlı yağışlar torpaq sürüşmələri riskini də artırıb. Bölgədə yerləşən Kaqoşima, Kirişima və Aira şəhərlərində yaşayan 800 min sakinin təxliyə əmri verilib. 
Yağışların davamlı olacağı xəbəri var. Ona görə də qonşu bölgə olan Miyazakidən də 310 min sakinin təxliyə ediləcəyi bildirilir. Əhaliyə sel təhlükəsi ilə bağlı aidiyyatı qurumlar tərəfindən diqqətli olmaq tapşırılıb. 
Qeyd edək ki, Yaponiyada keçən il baş verən sel zamanı torpaq sürüşmələrində 222 insan ölmüşdü. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu