Qonşunun uşağı balaca Efenin əllərini yandırdı


 Erzurumda 14 yaşlı P. Y., oyun oynadıqları zaman Efe Ecerin əllərinə odekolon töküb, yandırıb. Ailənin iddiasına görə, 7 yaşlı Efe Ecer çöldə oyun oynadığı zaman P. Y. (14) onun yanına gəlib. P. Y. 3, 4 uşağın əlinə odekolon tökür. Cibindən alışqan çıxardığı an digər uşaqlar qaçır, P. Y., Efe Eceri qolundan tutur.
Ecerin odekolonlu əllərinə od vuran P. Y. hadisə yerindən qaçır. Yaxınları tərəfindən xəstəxanaya aparılan Ecerin əllərində 2-ci  dərəcəli  yanıq əmələ gəlir.
Uşağının əllərinin yandığını görən anası Suzan Ecer vəziyyəti polisə bildirib.Suzan hadisəni belə nəql edir: 
"Cümə axşamı günü mən içəridə idim, uşaqların səslərinə çölə çıxdım. Qonşumun oğulu uşağımın əllərinə odekolon tökərək yandırıb. Dəhşətli bir hadisədir, heç bir ananın yaşamasını istəmərəm. Həmin an polislərə xəbər verdim. Şikayət etdim. Hər kəsdən xahişim o uşağın bu məhəllədə yaşamasını istəmirəm. Heç bir ananın belə acı  yaşamasını istəmirəm. Allah düşmənimə də belə acını yaşatmasın. Uşağımın gələcəyiylə belə oynadı, psixoloji dəstəyə ehtiyacımız var. Uşağım sərbəst yemək yeyə bilmir. Gecə yuxudan oyanıb “turuncu əllərim yandı” deyərək sayıqlayır. Bu hadisəni törədən daha pis şeylər edər. 


7 yaşlı Efe Ecer yaşadıqlarını anlatmağa çalışır:
"Biz oynayırdıq, yanımıza gəldi. Əllərimizə odekolon töküb yandırdı. Qaçmaq istədim, qolumu tutdu yandırdı. Ağladım, qonşunun oğulu məni qurtardı, belimdən tutaraq evə gətirdi. Əllərimi dərhal suya soxduq. Çox ağladım."
Hadisələ əlaqədar təhqiqat aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu