Putin: "Ərdoğanla mütəmadi olaraq ünsiyyətdəyəm"

Rusiya prezidenti Vladimir Putin Kremldə Rusiyada vəzifəsinin icrasına başlayan 18 ölkənin yeni səfirlərini qəbul edib. Sherg.az tükr mediasına istinadən bildirir ki, diplomatlar arasında Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar da iştirak edib. 

Putin səfirlərlə söhbət zamanı Rusiya – Türkiyə münasibətlərindən danışıb. İki ölkə arasında münasibətlərin strateji səviyyəyə çatdığını deyən Putin, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla mütəmadi olaraq ünsiyyətdə olduğunu qeyd edib. 
Putin aprel ayında Moskvada Rusiya-Türkiyə İş Adamları Konseyinin toplantısının yüksək səviyyədə keçdiyini xatırladan Putin vurğulayıb: “Akkuyu Nüvə Enerjisi Stansiyası və “Türk Axını” qaz boru xəttinin inşası kimi böyük və önəmli layihələr həyata keçməkdədir. Bir çox maraqlı ortaq layihələrimiz var” Rusiya və Türkiyənin beynəlxalq təhlükəsizlik üçün çalışdığını qeyd edən Putin, iki ölkənin Suriyada vəziyyəti düzəltmək, sülhü yaratmaq üçün kordinasiyalı işlədiyini də vurğulayıb. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu