“Rusiyanın Zelenski ilə dialoq qurması çətin görünür” - ŞƏRH


“Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb ola bilər”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib
Ekspertin sözlərinə görə, Ukraynanın yeni prezidenti Kremllə anlaşarsa, Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı itirə bilər. Digər tərəfdən, Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. O, müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıra bilər. Lakin unutmayaq ki, Ukrayna-2020 proqramı intensiv formada həyata keçirilir. Bu NATO tərəfindən qəbul edilən proqramıdır. Proqram başa çatanda Ukrayna Silahlı Qüvvələri faktiki NATO standartlarına uyğunlaşdırılmış olacaq. Eyni zamanda NATO Qara dənizdə daimi fəaliyyət göstərən qruplar yaradıb və onlar aktiv fəaliyyət göstərir.Bu o deməkdir ki, hərbi alyans faktiki olaraq Qara dənizdə daimi fəaliyyət göstərəcək”. 


Analitik bildirib ki, NATO özünün çevik qüvvələrini hazırlayıb və bu qüvvələr əsasən Polşada və Baltik regionunda, onun bir hissəsi isə dənizdə yerləşdirilib: 
“Bir maraqlı məqam daha var. NATO Türkiyəyə təklif edir ki, 2020-ci ildə həm alyansın Qara dəniz donanmasına, həm də çevik qüvvələrinə rəhbərliyi öz üzərinə götürsün. Yəni faktiki olaraq Amerika başda olmaqla NATO Türkiyəyə Rusiya ilə qarşıdurmada öncüllük etməyi təklif edir. Ona görə də Ukraynada gərginlik arta bilər. Rusiya Zelenski ilə dialoq qurmağa çalışır, amma obyektiv səbəblər üzündən Zelenski ilə Rusiyanın dialoq qurması çətin görünür. Zelenski Ukrayna siyasətinə ciddi təsir göstərməsi sual altındadır və bunu Putin də anlayır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu