Türkiyədən Bayıkın məqaləsinə sərt reaksiya: “Bu ikiüzlülükdür”

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın “Washington Post” qəzetinin terror təşkilatı PKK-nın liderlərindən olan Cəmil Bayıkın yazısını yayımlamasına sərt etiraz edib. 

Sherg.az qardaş ölkə KİV-inə istinadən bildirir ki, XİN məqaləni terrorun təbliği kimi dəyərləndirib: “ABŞ daxil bir çox ölkənin terror təşkilatları siyahısında yer alan, on minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirmiş PKK-nın başçılarından biri bu gün “Washington Post” qəzetindən istifadə edərək terror təbliğatı aparıb. Bu məqalənin yayımı ilə beynəlxalq toplumun terrorizmlə mübarizədə təməl prinsipi, “terrorizmin təşviqinin önünün kəsilməsi” prinsipi pozulub. Terrorla mübarizədə, terror təşkilatları arasında fərq qoyulması düzgün yanaşma deyil. PKK-nın terror təbliğatına alət olan, İŞİD, Əl-Qaidə və digər terrorçu təşkilatlar fərqlənmirlər. PKK-ya fərq qoyulması terrorla mübarizədə ikiüzlülüyün yeni və vahim örnəyidir”. 
Qeyd edək ki, “Washington Post” qəzetində PKK terrorçularının əsas fiqurlarından olan Cəmil Bayıkın məqaləsi dərc olunub. Onu da xatırladaq ki, ABŞ-ın özü belə Bayık adlı terrorçunun tapılması üçün, mükafat təsis edib. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu