Rusiyada sel fəlakəti – 21 nəfər öldü, 15 itkin var 

Rusiyanın İrkutsk vilayətində ötən həftə başlayan şiddətli yağış nəticəsində yaranan sel fəlakətində ölənlərin sayı 21-ə çatıb

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, sellə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Nazirliyin məlumatında bildirilir ki, sel nəticəsində 21 nəfər ölüb, 14 nəfər itkin düşüb. 41-i uşaq olmaqla 313 nəfər xəsarətlərlə xəstəxanaya çatdırılıb. 
Sel səbəbindən 3 mindən çox ev zərər görüb, minlərlə sakin təhlükəsiz əraziyə təxliyə edilib. 
Qeyd edək ki, dünən 20 sakinin öldüyü, 15 nəfərin itkin düşdüyü. Rusiya prezidenti Vladimir Putin dünən sərəncam imzalayaraq İrkutsk vilayətində fövqəladə vəziyyət elan edib. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu