Moskvanın emisarlarından eyham: Qarabağ Rusiyanın tərkibinə keçə bilər - Ciddi siqnal


“Ermənistanda Qarabağın taleyi ilə bağlı ciddi proseslər gedir”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

Ekspert bildirib ki, bir tərəfdən “Daşnaksütyun” və “Sasna Snerin” başçılığı ilə Qarabağın Ermənistana birləşməsi təbliğatı gedir, digər tərəfdən isə Qarabağın Rusiyanın patronajlığına girməsi mesajları verilir: 



“Ermənistanda hansısa iqtidardan Azərbaycanla münasibətlərdə konstruktivlik gözləmək mənasızdır. Konstruktivlik etmək istəsələr belə Rusiya buna imkan verməz. Rusiya Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllində maraqlı deyil.

İrəvanla qondarma rejim arasında münasibətləri gərginləşdikcə vəziyyət daha da dalana dirənir. Ancaq bu heç də o demək deyil ki, Azərbaycan üçün yaxşı olacaq. Moskvanın emisarları Xankəndində Qarabağın Rusiyanın tərkibinə keçməsi ilə bağlı eyhamlar vururlar. Bu, Azərbaycan üçün çox ciddi siqnaldır”. 

Analitikin sözlərinə görə, indiki erməni höküməti Qarabağı heç bir halda Azərbaycana verən deyil

“Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da müharibə. Əks halda indiki status-kvo qalacaq ki, bu da Ermənistan və daha çox Rusiyanın xeyrinədir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu